İçməli suyun qlobal qıtlığlı müşahidə olunmağa başlayıb

İçməli suyun qlobal qıtlığlı müşahidə olunmağa başlayıb

Avstraliya universitetinin alimləri belə bir nəticəyə gəliblər ki, qlobal istiləşmə, uzunmüddətli quraqlığa və içməli suyun qıtlığına gətirib çıxaracaq.
 
Maide.Az "deyerler.org"a istinadən verdiyi xəbərə görə, alimlər, 43 meteoroloji stansiyalardan alınan məlumatları təhlil ediblər. Məlum olmuşdur ki, iqlim dəyişikliyinin tez-tez, həddindən artıq yağışın yağmasına səbəb olmasına baxmayaraq, iri çaylarda suların səviyyəsi aşağı düşür, bu da öz növbəsində quraqlığa səbəb ola bilər.
 
Belə bir təzadı, alimər belə izah edirlər. Torpaqların artıq nəmlənməsinə görə, artıq sular çaylara axır. Lakin quru qrunt daha çox yağış suyunu özünə çəkərək axını azaldır. Torpaq, tempraturun yuxarı olmasına görə, nəmliyini itirməyə başlayır. Bu, dünyanın şəhər və şəhər təsərrüfatlarının su təchizatına təhlükə yaradır. Eyni zamanda, artıq yağışlar, yaşayış məntəqələrində daşqınlara gətirib çıxarır. Bu səbəbdən içməli su ehtiyatını yığmaq çətindir.
 

Google+ WhatsApp ok.ru