Mənfi 67 dərəcədə 50 km qaçdı -FOTO 16 Yanvar 2019 08:54 Maraq dünyası Moldovalı idmançı Dmitri Voloşin -67,8 dərəcədə Sibir çöllərində 50 km qaçış edib. Maide.Az İHA-ya istinadən xəbər verir ki, Oymyakon bölgəsində gecə saatlarında qaçışa başlayan idmançı 6 saat dayanmadan qaçıb. O, bu müddətdə həkim və xüsusi xilasedicilərin dəstəyini almayıb. Voloşin bununla da yeni dünya rekorduna imza atıb. Qeyd edək ki, Saha Respublikasının Oymyakon bölgəsi dünyada ən soyuq havanın hökm sürdüyü yerdir. Burada 80 il öncə -71,2 dərəcə temperatur qeydə alınıb. Teqlər : #Mənfi,#dərəcədə,#qaçdı,#FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ′WhatsApp′ messencerində barmaq izinə görə autentifikasiya sınaqdan keçirilir ‘YouTube’ bu növ videoların yüklənməsinə qadağa qoydu