Məktəblərdə 1-ci yarımil üzrə yekun qiymətləndirmə aparılır 22 Yanvar 2019 10:52 Ölkə Ümumi təhsil məktəblərində 2018-2019-cu tədris ilinin I yarımili üzrə böyük summativ qiymətləndirmə keçirilir. Maide.Az bildirir ki, bu barədə Modern.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, böyük summativ qiymətləndirmənin keçirilməsində əsas məqsəd müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdlərin nailiyyətlərini üzə çıxarmaq, bilik və bacarıqlarını yoxlamaqdan ibarətdir. Böyük summativ qiymətləndirmə vasitələri ümumi təhsil müəssisəsi rəhbərliyinin təşkil etdiyi komissiya tərəfindən hazırlanıb. Böyük summativ qiymətləndirmə məktəb rəhbərliyi tərəfindən yaradılan müvafiq komissiyanın nəzarəti ilə fənni tədris edən müəllimlər tərəfindən aparılır. Qeyd edək ki, böyük summativ qiymətləndirmənin nəticələri keçirildiyi tarixdə sinif jurnalında qeyd olunur, şagirdin yarım illik və illik qiymətlərinin hesablanması zamanı nəzərə alınır. Teqlər : #Məktəblərdə,#1ci,#yarımil,#üzrə,#yekun,#qiymətləndirmə,#aparılır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İki gün keçirilməyən dərslər necə tənzimlənəcək? – AÇIQLAMA Bu həftə məktəblilərin qış tətili başlayır