Məhəmməd Salah dünyanın 100 ən nüfuzlu şəxsləri siyahısında yer alıb

Məhəmməd Salah dünyanın 100 ən nüfuzlu şəxsləri siyahısında yer alıb

İngiltərənin "Time" jurnalı ənənəvi olaraq dünyanın 100 ən nüfuzlu şəxslərinin siyahısını dərc edib.
 
Maide.Az "Report"a istinadla xəbər verir ki,  siyahıda çoxsaylı siyasətçi, aktyor, ictimai xadim və müsiqiçilərlə bərabər idmançılar da yer alıb.
 
"Liverpul"un misirli futbolçusu Məhəmməd Salah, ABŞ-ın “Los-Anceles Leykers” komandasının basketbolçusu Lebron Ceyms, yaponiyalı tennisçi Naomi Osaka, ABŞ qolfçusu Tayger Vuds da "100-lük"dədir.
 
Qadın idmançılardan isə Fransa "Lion"unda çıxış edən ABŞ futbolçusu Aleks Morqan və cənubi afrikalı atlet Kaster Semenyaya yer verilib.
 

Google+ WhatsApp ok.ru