Məsumlar (ə) övlad tərbiyəsi haqqında nə buyururlar?

Məsumlar (ə) övlad tərbiyəsi haqqında nə buyururlar?

Maide.Az məsumların  (ə) övlad tərbiyəsi haqqında kəlamlarını təqdim edir: 
 
1. İmam Sadiq (ə): Övladlar arasında ədalətlə rəftar edin. (Biharul-ənvar, c.101, səh. 92)
 
2. Peyğəmbər(s) : Uşaqlara verdiyiniz vədlərə vəfa edin. Çünki onlar sizi öz ruzi verənləri hesab edirlər. (Vəsailuş-şiə, c. 5, səh. 126)
 
3. İmam Kazım (ə): Övladlarınızı döyməyin və uzun müddətə onlardan küsməyin.  (Biharul-ənvar, c.104, səh. 99)
 
4. Əmirəl-möminin (ə):  Övladı uşaqyana rəftarla tərbiyə etmək lazımdır.  (Vəsailuş-şiə, c. 5, səh. 126)
 
5.  Peyğəmbər(s): Uşaqlardan bacarıqlarından artıq bir şey istəməyin və onları nadan hesab etməyin. (Usuli-Kafi, c. 6, səh. 50)
 
6.  Peyğəmbər(s): Əks cins  altı yaşdan yuxarı qız uşaqlarını, yeddi yaşdan yuxarı oğlan uşaqlarını öpməməli və qucaqlamamalıdırlar. (Məkarimul-əxlaq, səh. 115)
 
 
7. İmam Sadiq (ə): Övladlarınızı çox öpün və onlara çox məhəbbət göstərin.  (Biharul-ənvar, c.101, səh. 92)
 

 

Google+ WhatsApp ok.ru