Mərhum Məhəmməd Baqir  Mənsurinin dəfn mərasimi - FOTO

Mərhum Məhəmməd Baqir Mənsurinin dəfn mərasimi - FOTO

Tanınmış Əhli-beyt (ə) məddahı Hacı Məhəmməd Baqir  Mənsurinin dəfn mərasimi keçirilib. 
 
Maide.Az “tasnimnews”a istinadla xəbər verir ki, dəfn mərasimi bu gün  günün ikinci yarısında Ərdəbil əyalətində böyük izdihamla baş tututub.  
 
Mərhumun cənazə namazını Ali Rəhbər Ayətullah Xameneinin  Ərdəbil əyaləti üzrə nümayəndəsi və Ərdəbilin imamcüməsi höccətül-islam Amuli qılıb. 
 
Mərhum Məhəmməd Baqir Mənsuri Ərdəbilin  Behişti Fatimə qəbristanlığında dəfn olunub. 
 
Qeyd edək ki, mərhum Məhəmməd Baqir Mənsuri  Ərdəbili ötən gecə  İmam Cavadın (ə) şəhadəti  münasibətilə Urmiya şəhərində keçirilən əzadarlıq məclisindən öncə ürəyində yaranmış problemlə əlaqədər təcili xəstəxanaya çatdırılır, həkimlərin  səyinə baxmayaraq  vəfat edir. 
 
Mərhum Baqir Mənsuri 1981–ci ildə Ərdəbil şəhərində dünyaya göz açmış, 8 yaşından Əhli-beyt (ə) məddahlığı ilə məşğul olmuşdur. O, bir çox tanınmış  Əhli-beyt (ə) məddahları o cümlədən Hacı Rəhim Heydəri və Hacı Məhəmməd Baqir Təməddünidən dərs almışdır. 
 
Allah rəhmət eləsin! 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru