Məkkədə zəvvarların düşərgəsində yanğın olub

Məkkədə zəvvarların düşərgəsində yanğın olub

Avqustun 4-də Məkkə ətrafındakı Minada zəvvarların qurduğu çadırlarda yanğın baş verib. 
 
Maide.Az “islam.ru”a istinadla xəbər verir ki, yanğınsöndürmə briqadaları dərhal yanğın yerinə gedərək yanğını söndürüb. 
 
Yanğın zamanı zəvvarların bir neçə çadırı yanıb, qurbanlar və xəsarət alanlar yoxdur. 
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanın  ötən gün verdiyi açıqlamaya görə, indiyədək  Həcc ziyarətinə 1 milyon yarım  müsəlman dünyanın müxtəlif ölkələrindən bu ölkəyə səfər edib.
 

 

Google+ WhatsApp ok.ru