Məşhur futbolçunun oğlu futbol oynayarkən vəfat etdi

Məşhur futbolçunun oğlu futbol oynayarkən vəfat etdi

Braziliyanın canlı əfsanəsi, veteran futbolçu Kafuya ağır itki üz verib. Sputnik Azərbaycan "The Sun" nəşrinə istinadən xəbər verir ki, onun oğlu 30 yaşında vəfat edib.
 
Danilo Felisiano de Moraes dostları ilə futbol oynadığı zaman qəfildən ürəyində ciddi problem yaranıb. Onu dərhal San-Paulu şəhərindəki Albert Eynşteyn adına xəstəxanaya aparıblar. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
 
Xəbər Kafunun keçmiş həmkarı Paulo Serxio tərəfindən təsdiqlənib. Danilo veteran futbolçunun böyük övladı olub. Baş vermiş hadisə ilə bağlı Kafunun vaxtilə oynadığı "San-Paulu" və "Palmeyras" klubları başsağlığı veriblər.

Google+ WhatsApp ok.ru