Məktəblilər hepatitə yoluxdu - Məktəb yoxlanılır

Məktəblilər hepatitə yoluxdu - Məktəb yoxlanılır

Ukraynanın Çerniqov şəhərində məktəblərin birində 15 nəfər hepatit A xəstəliyinə yoluxub.
 
Trend-in məlumatına görə, xəstəliyə yoluxanlardan biri məktəb bufetinin işçisi, qalanları isə məktəblilərdir. Hazırda xəstəliyə yoluxanlar xəstəxanaya yerləşdirilib. Xəstəxanaya yerləşdirilənlərin vəziyyəti barədə hər hansı məlumat verilməyib.
 
Məktəbdə isə hadisə ilə bağlı araşdırma başlayıb. Hadisədən dərhal sonra vilayət sanepidemiya idarəsi tərəfindən məktəbdə müvafiq tədbirlər görülüb.
 

Google+ WhatsApp ok.ru