Məhbus Elvin Nəzərovun vəziyyəti  ağırdır

Məhbus Elvin Nəzərovun vəziyyəti ağırdır

Gəncə məhbusu Elvin Nəzərovun vəziyyəti ağırdır. Hər gün saatlarla öyüyür, qusur. Deyir səhərlər tüpürcəyi qanlı olur.

Maide.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə E.Nəzərovun yaxınları məlumat yayılıb.

Məlumatda bildirilir ki, artıq iki aya yaxındır ki Elvin Nəzərov 2 saylı Cəzaçəkmə Müəssiəsində ölümlə çarpışır. Ona müalicə üçün sadəcə ağrıkəsiçilər verilir.

Elvin və onun yaxınları təcili MRT müayinəsindən keçməsini istəsələr də bu hələ ki reallaşmayıb.

Yaxınları hüquq müdafiəçiləri və jurnalistlərə müraciət edəeək onlardan yardım istəyib.

Google+ WhatsApp ok.ru