Məhəmməd adı ABŞ-ın ən populyar adları siyahısında

Məhəmməd adı ABŞ-ın ən populyar adları siyahısında

Dünyada ən populyar ad olan Məhəmməd adı  ABŞ-da uşaqlar üçün ən çox yayılmış adlardan birinə çevrilib.
 
Maide.Az "islam.ru"a istinadla xəbər verir ki, BabyCenter valideyn saytına görə, bu ad oğlan adları sırasında onluğa daxil olub.
 
ABŞ-da Məhəmməd adının populyarlığı 2013-cü ildə ilk 100-lüyə daxil olandan bəri davamlı olaraq böyüyür, və artıq 10-luğa daxil  olub. 
 
ABŞ-da qızlara ən çox "Aliya" adı  qoyulub. 
 
Qeyd edək ki, Məhəmməd adı bütün dünyada çox məşhurdur.
 
Belə ki,  İndependent-in məlumatına görə, planetdə 150 milyon kişi və oğlan uşağına Məhəmməd adı verilib. 
 

 

Google+ WhatsApp ok.ru