Məhkəmə Şeyx Zəkzəkinin hərəkatının 91 üzvünə bəraət verdi

Məhkəmə Şeyx Zəkzəkinin hərəkatının 91 üzvünə bəraət verdi

Nigeriyadakı Kaduna Dövlət Ali Məhkəməsi Şeyx Zəkzəkinin baş katibi olduğu Nigeriya İslam Hərəkatının (İMN) 91 üzvünə bəraət verib.  

 
İMN-nin 91 üzvünün Kaduna Ali Məhkəməsinin hakimi tərəfindən bəraət edilməsindən sonra, vəkil Brestel Maksvell Keon Kaduna əyaləti hökumətindən 21 fevralda onlara təzminat verilməsini istəyib.  
 
“Bir çoxları işlərini itirdilər, bəziləri dövlət qurumlarında işləməkdən məhrum oldular və hətta ailələri bir çox problemlə üzləşdi. Hökumət bizimlə əməkdaşlıq etməli və 4 ildir həbsdə olanlara təzminat ödəməyi düşünməlidir”, - deyə Keon mətbuat konfransında bildirib.  
 
Qeyd edək ki, Nigeriya xalqı həbsdən azad olan İMN fəallarını qəhrəman kimi qarşılayıb./Deyerler.org /

Google+ WhatsApp ok.ru