Mərkəzi Asiyanın ən böyük məscidinin açılış məraismi təxirə salınıb

Mərkəzi Asiyanın ən böyük məscidinin açılış məraismi təxirə salınıb

Tacikistanda Mərkəzi Asiyanın ən böyük məscidinin açılış məraismi təxirə salınıb. 
 
Maide.Az "Anadolu" agentliyinə isitnadla xəbər verir ki, məscidin açılış mərasimi prezident Emoməli Rəhmon və Qətər Əmiri Tamim bin Hamad al Tani'nin iştirakı ilə martın 12-nə təyin edilmişdi.  Lakin mərasim koronavirusun yayılmasına qarşı mübarizə tədbirləri çərçivəsində təxirə salınıb.
 
Qeyd edək ki, on iki hektar ərazidə yerləşən məsciddə 75 metr hündürlükdə dörd minarə, 47 metrlik baş günbəz və 20 kiçik günbəz olacaq. Məsciddə muzey, kitabxana, konfrans salonu, qadınlar və kişilər üçün tədris zalları fəaliyyət göstərəcək. Məscidin ümumi sahəsi 30 min kvadrat metr olacaq.
 
Məscidin inşası 2011-ci ilin oktyabrında başlamış və təxminən 9 il davam etmişdir. Layihənin qiyməti təxminən 100 milyon dollardır
 
Məsciddə eyni vaxtda 120 min dindar ibadət edə biləcək.
 

Google+ WhatsApp ok.ru