Məscid və ziyarətgahlarda ibadətlər dayandırılıb

Məscid və ziyarətgahlarda ibadətlər dayandırılıb

Qafqaz Müsəlmanları İdarəsində Qazilər Şurası və səlahiyyətli şəxslərin iştirakı ilə iclas keçirilib.
 
Maide.Az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən Trend-ə verilən məlumata görə, iclasda koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında operativ qərargahın ölkə üzrə bütün kütləvi tədbirlərin təxirə salınması haqqında qərarına əsasən, məscid və ziyarətgahlarda ibadətlər dayandırılıb.
 
İclasda dindarların bu qərara əməl etmələri xahiş olunub.
 

Google+ WhatsApp ok.ru