Məkkədən başqa bütün şəhərlərdə karantin yüngülləşdirilir

Məkkədən başqa bütün şəhərlərdə karantin yüngülləşdirilir

26 apreldən etibarən Səudiyyə Ərəbistanının bütün şəhərlərində koronavirus səbəbiylə tətbiq olunan komendant saatları qismən ləğv ediləcək.
 
Maide.Az xəbər verir ki,  SPA agentliyinin verdiyi məlumata görə, Kralı Salmanın fərmanına əsasən, bu tədbir mayın 13-dək tətbiq olunur.
 
Fərman dünya müsəlmanları üçün müqəddəs yerlərdən olan Məkkəyə şamil edilmir və bu şəhərdə, onun rayonlarında 24 saatlıq komendant saatı davam edəcək.
 
Digər bölgələrdə isə komendant saatları 09.00-dan 17.00-dək ləğv edilir. Bu müddət ərzində krallıqda dükanlar, ticarət mərkəzləri, bazarlar, fabriklər və digər müəssisələr həmişəki kimi fəaliyyət göstərəcək, tikinti işləri aparılacaq.

SPA agentliyinin verdiyi məlumata görə, 

Google+ WhatsApp ok.ru