Müəllimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu prosesi nə zaman həyata keçiriləcək? - RƏSMİ

Müəllimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu prosesi nə zaman həyata keçiriləcək? - RƏSMİ

Müəllimlərin əməkhaqlarının ödənilməsində hər hansı fərq olmayacaq

Müəllimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu prosesinin iyulun ikinci yarısı- avqustun əvvəlində həyata keçirilməsi nəzərdə tutulur.
 
Maide.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov deyib.
 
Nazirin sözlərinə görə, bu müsabiqənin ötənilki formatda keçirilməsi planlaşdırılır.
 
C.Bayramov əlavə edib ki, əmək müqavilələrinin daimiləşdirilməsi üçün müsabiqəyə qatılan 1400-ə yaxın namizədin 91 faizi müsahibədən onlayn şəkildə keçmək istədiyini bildirib. Mayın 15-dək onlayn müsabiqə başa çatacaq. Bunun ənənəvi formatda keçirilməsini istəyənlər üçün isə iyunda müsabiqələr keçiriləcək.
 
Nazir bildirib ki, bu il də müəllimlərin yerdəyişməsi müsahibəsinin iyunda keçirilməsi ilə bağlı heç bir problem yoxdur.
 
Onun sözlərinə görə, pandemiya ilə əlaqədar tədrisin dayandırıldığı müddət üçün müəllimlərin əməkhaqlarının ödənilməsində hər hansı fərqin olması nəzərdə tutulmur.
 
Nazirin sözlərinə görə, hər bir təhsil işçisi əvvəlki əməkhaqqısını alacaq.
 
 

 

Google+ WhatsApp ok.ru