Məşhur ağrıkəcisi dərman qaraciyəri dağıdır - ALİMLƏR 22 İyun 2020 14:49 Sağlamlıq Populyar ağrıkəsici və qızdırmasalıcı preparat İbuprofen qaraciyərə çox ciddi mənfi təsir göstərir. Maide.Az "medicina.az"-a istinadən bildirir ki, Kaliforniya universitetinin professoru Oldrin Qomesin rəhbərliyi ilə elmi tədqiqat sübut edib ki, ibuprofen qaraciyər zülalında təxmin edildiyindən də çox dəyişikliklər yaradır. Siçanlar üzərində aparılan eksperimentdə dərmanın dişi və erkək heyvanlara ayrı-ayrılıqda fərqli təsirini də üzə çıxarıb. İbuprofen qəbul edən dişi siçanlarda 34 metobolik dəyişiklik baş verib. Erkək siçanlarda isə P450 sitoxromu yüksəlib, bu i deməkdir ki, ibuprofenlə eyni vaxtda qəbul edilən digər dərmanların qalıqları orqanizmdə çox uzun müddət qala bilər. Bundan öncəki tədqiqatlarda ibuprofenin ürək qan-damar sisteminə mənfi təsir etdiyi aşkarlanmışdı. Teqlər : #Məşhur,#ağrıkəcisi,#dərman,#qaraciyəri,#dağıdır,#ALİMLƏR, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Koronavirusa görə bu dərmanların qıtlığı yaranıb Qarpız və yemişin ən təhlükəli zərərvericisi
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir