Məhəmməd Salah koronavirus xəstələrinə təcili yardım mərkəzi tikdi

Məhəmməd Salah koronavirus xəstələrinə təcili yardım mərkəzi tikdi

Liverpul klubunda oynayan misirli futbol ulduzu Məhəmməd Salah doğma kənddə koronavirus xəstələri üçün təcili yardım mərkəzi qurub.
 
Məhəmməd Salahın döğulduğu Nəcric kəndi bələdiyyəsinin rəhbəri 28 yaşlı futbolçunun vətəninə etdiyi sonuncu səxavətli hədiyyəni qiymətləndirib.
 
Nəcric bələdiyyəsinin sədri Maher Şetyəh Salahın 250 milyon Misir funtu olaraq qiymətləndirilən obyektin qiymətini tam ödədiyini söyləyib.
 
Nəcric əhalisi 20 min nəfərdir. Buranın inşası Misirdə koronavirus infeksiyasına yoluxanların sayının artması səbəbindən baş verib. Bu günə qədər 74 min insan koronavirusa yoluxub. 3200 insanın bu xəstəlikdən öldüyü bildirilib.
 
Dindar bir müsəlman olan Salah, Misirdə qətiyyəti və təvazökarlığı ilə uğurun rəmzi kimi tanınır. Qahirədən 120 km şimal-qərbdə yerləşən Nəcric kəndində anadan olub və Misirdə xeyriyyəçi işləri ilə tanınır.
 
O, 19 milyon Misir funtu dəyərində olacağı gözlənilən təcili yardım mərkəzinin inşası ilə yanaşı, Əl-Əzhərə bağlı bir dini mərkəzin inşasına da pul ödəyib.
 
Son illərdə Salah doğulduğu kəndə və Misirin digər bölgələrinə mühüm yardımlar edib. Nəcricdə bu adda bir xeyriyyə fondu təsis olunub və bölgədə ehtiyacı olan insanlara maddi yardımlar göstərir. Fond evlənmək istəyənlərə maddi yardım da göstərir. Qahirədə xərçəng xəstələrini müalicə etmək üçün bir xəstəxana da qurub.
 
Liverpul bu yaxınlarda İngiltərə Premyer Liqasının ilk dəfə çempionu elan edilib və bunda Məhəmməd Salahın mühüm rolu olub. /deyerler.org  /

Google+ WhatsApp ok.ru