Mərkəzi Dənizçilər Xəstəxanası ləğv edilir

Mərkəzi Dənizçilər Xəstəxanası ləğv edilir

Xəstəxanada 211 nəfərin çalışdığı bildirilir

İyulun 28-də dövlətə məxsus "Baku Caspian Hospital" Açıq Səhmdar Cəmiyyətinin (ASC) ləğv olunduğu elan edilib.
 
Amma, hələlik, rəsmi qurumlar keçmiş Mərkəzi Dənizçilər Xəstəxanasının (MDX) ləğvi səbəbləri barədə məlumat vermir.
 
MDX-nın özəlləşdirilməsi 2017-ci ildə "Baku Caspian Hospital" ASC-yə çevrilməsi ilə başlayıb.
 
"Turan" agentliyinin məlumatına görə, plana əsasən, dənizçilərin xəstəxanası investisiya müsabiqəsi yolu ilə özəlləşdirilməli idi.
 
MDX 1964-cü ildən fəaliyyətə başlayıb və 2016-cı ilə qədər Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin strukturuna daxil olub.
 
Agentliyin xəbərində qeyd edildiyinə görə, MDX 0.67 hektar əraziyə malikdir, xəstəxanada 211 nəfər, o cümlədən 70 həkim və 79 orta tibb işçisinin çalışdığı bildirilir.
 

Google+ WhatsApp ok.ru