Məktəblərdə bufetlər fəliyyət göstərməyəcək

Məktəblərdə bufetlər fəliyyət göstərməyəcək

İnternat tipli ümumi təhsil müəssisələri istisna olmaqla, digər təhsil müəssisələrində yeməkxanaların (bufetlərin) fəaliyyəti dayandırılır və təhsilalanların sinif otaqlarında qidalanması tövsiyə edilir.
 
Trend-in məlumatına görə, qaydalara əsasən, internat tipli ümumi təhsil müəssisələrində yeməkxana girişlərinə spirt tərkibli əl üçün dezinfeksiya vasitəsi qoyulur. Yeməkxanada masa və oturacaqlar aralarında məsafə ən az 1,5 metr olmaqla düzülür.
 
Təhsilalanların yeməkdən əvvəl və sonra əllərinin bol su və sabunla ən azı 20 saniyə yuması üçün vasitələrlə təmin edilir.
 
Ümumi olan əşyalar istifadə edildikdən sonra su və yuyucu vasitə ilə yuyulur və növbəti istifadəyə qədər təmiz şəraitdə saxlanılır.
 
Yeməkxana əməkdaşı şəxsi gigiyena qaydalarına əməl edir, əlcək və tibbi maska taxır.
 
Yeməkxanada növbə yerləri döşəmə işarələri ilə ayrılır. Yemək hazırlanmasında istifadə edilən dəzgahlar başqa məqsədlər üçün istifadə edilmir.
 
Mətbəxlərində sosial məsafənin təmin edilməsi və sanitariya-gigiyena qaydalarına əməl edilməsi mümkün olmayan internat tipli təhsil müəssisələrinin yeməyin hazırlanması dayandırılır və həmin müəssisələrə hazır yeməyin gətirilməsi təmin olunur. Peşə təhsili müəssisələrində fəaliyyət göstərən yeməkxana/bufetlərin tədris məqsədləri üçün istifadəsinə icazə verilir.
 
Məktəblərdə idman zalları və kitabxanalar fəaliyyət göstərməyəcək
 
Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” təsdiq edib.
 
 Xüsusi karantin rejimi dövründə məktəblərdə idman zalları və kitabxanalardan istifadə etmək mümkün olmayacaq.
 
Məktəblərdə şagirdlərin maskadan istifadəsi məcburi olmayacaq
 
Təhsil müəssisələrində tibbi maskadan istifadə məcburi olmayacaq.
 
Bu barədə Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən xüsusi karantin rejimi dövründə təhsilalanlara dair tələblərdə bildirilib.
 
Qaydalarda qeyd edilib ki, xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində təhsilalanların məktəbəqədər və ümumi təhsil müəssisələrində, uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində maskadan istifadəsi onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin seçiminə verilir.
 
 

Google+ WhatsApp ok.ru