Mərakeşin hakim partiyasının rəsmisi: 'İsrail rejiminin səfiri ölkədən qovulmalıdır' 21 İyun 2021 17:15 Dünya Mərakeşin hakim partiyasına bağlı Tövhid və İslah (Birlik və İslahat) hərəkatının lideri Əbdülrəhim Şeyxi Bəladə ölkənin İsrail rejimi ilə münasibətlərin normallaşmasından imtina etməsi və sionist rejimin səfirini Rabatdan qovulmasını istəyib. Maide.Az "deyerler.org"a xəbər verir ki, Əbdülrəhim Şeyxi Bəladə Qüdslə bağlı milli konfransda Mərakeşin rəsmi qurumların sionist rejimlə imzalanan razılaşmadan çıxmalı olduğunu söyləyib. Əbdülrəhim Şeyxi Bəladə işğalçı İsrail rejiminə qarşı Fələstinin tərəfində olmağın təkcə Fələstini müdafiə etmək sayılmadığını, həm də bu rejimlə münasibətlərin normallaşmasına qarşı özünü müdafiə etmək olduğunu bildirib. Arabi 21 saytının verdiyi məlumata görə, Əbdülrəhim Şeyxi Bəladə belə deyib: “İsrail rejimi ölkələrimizlə münasibətləri normallaşdırmaqla təhsil sistemimizə və mediamıza sızmağa, məlumat və düşüncələri təhrif etməyə və sionist hekayəsini həqiqət kimi göstərməyə çalışır. İşğalçı İsrail rejimi sülh pərdəsi arxasında gizlənmiş düşmənimiz olmağa davam edəcək. Biz, ərəb və İslam ümməti, sionist rejimlə münasibətlərin normallaşmasına qarşı çıxmaqla yanaşı, Fələstin məsələsini dəstəkləməyə davam etməli və daima Fələstin müqavimətini dəstəkləməliyik”. O, Fələstin müqavimətinin sionist rejimlə əlaqələrin normallaşdırılması planlarını pozduğunu və ərəb xalqları arasında Fələstin problemini canlandırdığını söyləyib. Teqlər : #Mərakeşin,#hakim,#partiyasının,#rəsmisi:,#'İsrail,#rejiminin,#səfiri,#ölkədən,#qovulmalıdır', Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ-dan Navalnı ilə bağlı Rusiyaya qarşı yeni sanksiya anonsu və buna Zaxarovanın cavabı olub İmam Əlinin (ə) hərəmi mövlud münasibətilə bəzədilib - FOTO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO