Müəllimlərin işə qəbulu ilə bağlı təkrar imtahana qərar verilib

Müəllimlərin işə qəbulu ilə bağlı təkrar imtahana qərar verilib

Müəllimlərin işə qəbulu müsabiqəsinin imtahan mərhələsində istifadə edilmiş bəzi suallar əvvəlki tarixlərdə verilmiş suallardan çətinlik dərəcəsinə görə fərqlənib.
 
Bu barədə Təhsil Nazirliyi bildirir.
 
Qurumun açıqlamasına görə, 12 iyul tarixində ibtidai sinif, 23 və 26 iyul tarixlərində Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə keçirilmiş seanslarda istifadə edilən test tapşırıqlarının bu fənlər üzrə digər tarixlərdə keçirilmiş seanslarda istifadə edilmiş test tapşırıqlarından çətinlik dərəcəsinə görə fərqləndiyi müəyyən edilib," - nazirliyin məlumatında deyilir.
 
Təhsil Nazirliyi bu seanslarda texniki xüsusiyyətləri baxımından fərqlənən test tapşırıqlarına görə namizədlərə əlavə ballar, istəyən şəxslərə isə könüllülük prinsipi əsasında imtahanda təkrar iştirak etmək imkanı veriləcəyini bildirib.
 

Google+ WhatsApp ok.ru