Məhərrəm ayının 9-cu günü Kərbəlada baş vermiş hadisələr

Məhərrəm ayının 9-cu günü Kərbəlada baş vermiş hadisələr

Həmin gün cümə axşamı gününə təsadüf edirdi. Şimr, Übeydullahdan məktubu alıb Məhərrəm ayının doqquzuncu günü özünü Kərbəlaya yetirib, Übeydullahın məktubunu Ömər Sə`d üçün oxudu.
 
Ömər Sə`d dedi: Vay olsun sənə! Allah evini yıxsın, necə də pis xəbər gətirdin mənim üçün! Allaha and olsun ki, onu razı olmağa sən mane olmusan. İşi xarabladın, mən ümidvar idim ki, bu iş sülh ilə bitəcək, Allaha and olsun Hüseyn təslim olmayacaq çünki atasının ruhu onun cismindədir.
 
Şimr dedi: de görüm nə edəcəksən?! əmirin sözünə itaət edib düşməni ilə döyüşəcəksən yoxsa mən qoşunun məsuliyyətini öhdəmə götürüm?
 
Ömər Sə`d dedi: qoşunun əmirliyini sənin öhdənə buraxmayacağam, sən buna layiq deyilsən özüm işi sona yetirəcəm, sən piyadalara başçılıq et.
 
İmam Sadiq (ə) buyurur: "Tasua" günü həmin gündür ki, İmam Hüseyni (ə) və səhabələrini mühasirə edib, Küfə və Şam qoşunu onların ətrafını dövrəyə aldı. Mərcanənin oğlu və Ömər ibn Sə`d ordunun çoxluğuna görə sevinir şadyanalıq edirdi. Bu gündə Hüseyni (ə) qərib və tənha gördülər və bildilər ki, daha onun sorağına köməkçi, İraq camaatından kimsə ona yardıma gəlməyəcək.
 
Amannamə
 
Şimr ibn Zil-Cövşən elə ki, Übeydullahdan məktubu aldı, "Ümmul Bənin"in qardaşı oğlu Abdullah ibn Əbil Məhəl ilə birlikdə Übeydullaha dedi: ey əmir! Bizim bacımızın övladları da, Hüseyn ilə bir yerdədir. Əgər məsləhət bilirsinizsə onlara bir amannamə yazın! Übeydullah onların məsləhətini qəbul edib öz katibinə əmr etdi ki, onlar üçün bir amannamə yazsın.
 
Amannamənin cavabı
 
Abdullah ibn Əbil Məhəl amannaməni qulamı vasitəsilə məktubu Kərbəlaya göndərdi. O kərbəlaya çatandan sonra məktubun mətnini Ümmul Bəninin övladları üçün oxuyaraq dedi: bu məktubu sizin qohumlarınızdan biri olan Abdullah ibn Əbil Məhəl göndərib. Onlar qulamın cavabında dedilər ki, bizim salamımızı ona çatdır və de: bizim sizin amannamənizə ehtiyacımız yoxdur, Allahın amanı Süməyyə oğlu Übeydullahın amanından daha yaxşıdır.
Şimr bununla kifayətlənməyib İmam Hüseynin (ə) xeymələrinə tərəf gəlib həzrət Əlinin (ə) Ümmul Bənindən olan övladları Abbası, Abdullahı, Cəfər və Osmanı (Allahın salamı onlara olsun) çağırıb onlara dedi: sizin üçün Übeydullahdan amannamə almışam. Onlar isə cavabında yekdilliklə dedilər: Allah sənə və sənin amanına lənət etsin. Biz amanda olaq amma Peyğəmbər qızının (s) oğlu amanda olmasınmı?!!
 
Döyüş elan edilir
 
Ammannamənin cavabı veriləndən sonra Ömər Sə`d bağıraraq dedi: ey Allahın qoşunu! Atlarınızı minin və sevinin ki, Cənnətə gedirsiniz!! əsr namazından sonra qoşunun süvariləri döyüşə doğru hərəkət etdilər.
Bu an İmam Hüseyn (ə) xeymənin qabağında oturub qılıncına dayanmış və mübarək başını dizinə qoymuşdu. Bu halda həzrət Zeynəbi Kübra (s) ağlağan halda qardaşının yanına gəlib dedi: ey qardaş! Gedtikcə bizə yaxınlaşan bu hay-küyü eşitmirsən?!
 
İmam Hüseyn (ə) başını qaldıraraq buyurdu: bacım! Allahın Peyğəmbərini indicə yuxuda gördüm, mənə buyurdu: sən yanımıza gəlirsən.
 
Həzrət Zeynəb (s) bu sözü eşitcək ixtiyarsız üzünə vuraraq yerində qərar tuta bilmədi.
 
İmam (ə) buyurdu: ey bacı! Şivən qoparmağın yeri deyil, aram ol, Allah səni Öz rəhmətinə şamil etsin. Bu əsnada həzrət Əbülfəzl Abbas (ə) İmam Hüseynin (ə) yanına gəlib buyurdu: bu düşmən qoşunudur ki, xeymələrin yaxınlığına qədər gəliblər!
İmam (ə) ayağa qalxaraq buyurdu: ey Abbas! Canım sənə fəda olsun! Atını minib onlara de nə baş verib bura niyə gəlmisiniz? 
 
Həzrət Abbas (ə) iyirmi nəfər atlı ilə birlikdə düşmənin qoşununa tərəf gəlib soruşdu: nə baş verib və siz nə istəyirsiniz? 
 
Dedilər: əmirin fərmanıdır ki, sizə deyək ya onun hökmünü qəbul edəsiniz ya da döyüşə hazır olun!
 
Abbas (ə) dedi: burada gözləyin yerinizdən də tərpənməyin sizin xəbərinizi İmam Hüseynə (ə) çatdırım. Onlar da razı oldular və həzrət Abbas (ə) tək İmam Hüseynin (ə) yanına gedib macəranı həzrət ərz etdi.
 
İmam Hüseyn (ə) həzrət Abbasa (ə) buyurdu: əgər bacarsan onları razı sal döyüşü sabaha qədər təxirə salsın və bu gecəni Allahımız ilə razü-niyaz etməyə bizə möhlət versinlər.
 
Aşura gecəsinin xütbəsi
 
İmam Hüseyn (ə) qürub vaxtı öz səhabələrini yanına şağırdı: İmam Səccad (ə) buyurur: mən də xəstə olan halda atamın sözlərini eşidim deyə onun hüzuruna getdim, atam səhabələrinə buyururdu:
 
Allaha həmd səna edirəm ən gözəl həmd səna və Ona çətinliklərdə və rahatlıqda "Həmd" deyirəm. İlahi! Bizi nübuvvətlə (peyğəmbərliklə) kəramətli etdiyin üçün sənə şükür edirəm. Quran elmini və dini anlamağı bizə kəramət buyurdun, bizə eşidən qulaq, görən göz və agah qəlb bizə əta etdin, bizləri şükür edənlərdən qərar ver. Mən öz köməkçilərimdən və səhabələrimdən ən yaxşı və ən vəfalısını tanımıram. Öz ailəmdən daha itaətcil və daha qohumlarla əlaqəsi olan başqa bir ailə tanımıram. Allah, sizin mənə köməy etdiyinizə görə sizə xeyir mükafat versin! Mən bilirəm ki, sabah bizim işimiz bunlarla döyüş ilə bitəcək. Mən sizə icazə verir və beyətimiz üzərinizdən götürürəm, yolu keçmək və təhlükəli məntəqədən uzaqlaşmaq üçün  gecənin qaranlığından istifadə edin. Sizlərdən hər biriniz mənim ailəmdən birinin əlini tutub kənd və şəhərlərə parakəndə olun, Allah sizinlə Öz qəza və qədərini təyin etsin. Bu camaat məni istəyir və eləki, mənə əlləri çatdı sizinlə işləri olmaz.
Bu xütbədən sonra İmam Hüseynin (ə) səhabələri hərəsi qalxıb özünə məxsus tərzdə İmam Hüseynə (ə) öz sədaqətini bildirdi.
 
İmam Səccad (ə) buyurur: Atam səhabələrinə buyurdu beyətimi sizdən götürdüm siz azadsınız, səhabələr fədakarlıqlarını və vəfadarlığını şəhadətin sərhəddinə qədər İmamın (ə) yanında möhkəm saxladılar. İmam (ə) onların haqqında dua edib buyurdu: başlarınızı qaldırın və məqamınızı görün! Səhabələr baxıb öz Cənnətdəki məqamını müşahidə etdilər və İmam (ə) onların uca məqamlarının hər birini onlara bir-bir göstərdi. İmamın (ə) bu möcüzəsindən sonra səhabələr sinəsi açıq və üzləri nurlu halda nizə və qılıncların görüşünə gedirdilər ki, Cənnətdə olan məqamlarına tez çatsınlar.
 
İmam Hüseyn (ə) və səhabələr xeymələrin ətrafında xəndək qazıb
İmam (ə) əmr etdi ki, xeymələrin arxasında olan çubuq və qamışları səhəbalərin xeymələrin ətrafında qazdığı xəndəyə oxşar çalalara töksünlər. Çünki hər an namərd düşmənin gecə ikən xeymələrin arxasından hücum etmə ehtimalı var idi. İmam əmr etdi ki, əgər düşmən hücum etsə dərhal o çubuq və qamışları yandırın ki, xeymələrə hücum edə bilməsinlər, yalnız səhabələrin qaldığı yerdə doyüş getsin. Bu tədbir İmamın (ə) səhabələri üçün də, faydalı idi.
 
Düşmən tərəfdən dəstə İmam Hüseynə (ə) qoşulur
Ömər Sə`din qoşunundan olan otuz nəfər Küfəli, Ömər Sə`də dedi: nə üçün Peyğəmbərin nəvəsi üç məsələni sizə təklif etdi amma siz onun heç birini qəbul etmədiniz?! Bu etirazdan sonra məntiqli cavab almadıqda, Ömər ibn Sə`din qoşunundan ayrılıb İmam Hüseynə (ə) qoşuldular.
 
Maide.Az

Google+ WhatsApp ok.ru