Maaş əvəzinə feyxoa: “Bütün günü evdə feyxoa yeməliyik?”

Maaş əvəzinə feyxoa: “Bütün günü evdə feyxoa yeməliyik?”

“Azərenerji” ASC-də əmək haqqı böhranı yaşanır.
 
Azadlıq.info saytı yazır ki, “Azərenerji” ASC-də əmək haqqı böhranı yaşanır. Bir neçə aydır işçilər maaş ala bilmir. “Azərenerji”nin adını çəkmək istəməyən əməkdaşı sayta deyib ki, bu günlərdə qurumunişçilərinə əmək haqqı əvəzinə kənd təsərrüfatı məhsulları təklif olunub.
 
“Feyxoa, alma və digər meyvlərdən kisə-kisə gətirərək işçilərə deyirlər ki, maaş əvəzinə bunları götürün. İşçilərin çoxu bu təkliflə razılaşmayıb. Onlar maaşlarını tələb ediblər. Amma təklifi qəbul edənlər də olub”, – deyə “Azərenerji”nin adının çəkilməsini istəməyən işçilərindən biri bildirib. Məlumatda qeyd olunur ki, rəhbərlik maaşların hansı səbəbdən gecikdiyinə heç bir izah vermir. Amma ehtimal olunur ki, bu maliyyə böhranı ilə bağlıdır:
 
“Biz güman edirik ki, bu böhranla bağlıdır. Amma qurumun rəhbərliyi böhran sözünü dilinə belə gətirmir. Yaxşı böhran yoxdursa, o zaman maaşlarımızı niyə vermirlər? Hiyə bizə kənd təsərrüfatı məhsulları təqdim edirlər? Bütün günü evdə feyxoa yeməliyik?”
 
Sayt bununla bağlı Azərenerji” ASC-dən mövqe ala bilməyib.
 

 

Google+ WhatsApp ok.ru