`Maşa və ayı` Yaxın Şərqdə ən çox baxılan cizgi filmdir

`Maşa və ayı` Yaxın Şərqdə ən çox baxılan cizgi filmdir

Rusiyanın məşhur multiplikasiya serialı olan "Maşa və ayı" Yaxın Şərq ölkələrində ən çox baxılan cizgi filmlərdən biridir. Bu barədə Rusiyanın İxrac Mərkəzinin rəhbəri Pyotr Fradkov Şərq İqtisadi Forumu ərəfəsində "RİA Novosti"yə müsahibəsində deyib. 
 
Onun sözlərinə görə, cizgi filmində baş rolun qəhrəmanı olan Maşanın baş örtüyündən istifadə etməsi müsəlmanların cizgi filminə rəğbətini bir qədər də artırıb. 
 
Qeyd edək ki, "Maşa və Ayı" ümumi auditoriyaya nəzərdə tutulmuş Rusiya multiplikasiya serialıdır. Cizgi filmi üçölçülü qrafikanın köməyi ilə yaradılıb. Serial Andrey Dobrunov, Oleq Kuzovkov və Dmitri Loveiko tərəfindən ərsəyə gəlib.
 
Serial ilk dəfə 7 yanvar 2009-cu ildə Rusiya 1 kanalında yayımlanıb. "Maşa və Ayı" Youtube portalında 20 milyarddan çox baxış sayına malikdir.(faktxəbər)
 

Google+ WhatsApp ok.ru