Macarıstan baş naziri miqrantları `müsəlman işğalçıları` adlandırıb

Macarıstan baş naziri miqrantları `müsəlman işğalçıları` adlandırıb

-- `qaçqınları qəbul etmək niyyətində deyilik`

Macarıstan baş naziri Viktor Orban Avropaya gələn miqrantları "müsəlman işğalçıları" adlandırıb və bəyan edib ki, ölkəsi qaçqınları qəbul etmək niyyətində deyil.
 
V.Orban bu barədə “Welt” nəşrinə deyib.
 
"Biz bu insanları qaçqın deyil, müsəlman işğalçıları hesab edirik", deyə baş nazir bildirib. Macarıstan hökumətinin başçısının sözlərinə görə, qaçqın axını dövlət daxilində "paralel icmaların" meydana gəlməsinə səbəb ola bilər.
 
Ötən ilin sonunda Avropa Komissiyası miqrantların köçürülməsi proqramı çərçivəsində qaçqınları qəbul etməkdən imtina etdiklərinə görə Macarıstan, Polşa və Çexiyanı məhkəməyə verib.(apa)
 

Google+ WhatsApp ok.ru