Macarıstanın baş naziri: `Soros milyonlarla avropalının həyatını məhv etdi`

Macarıstanın baş naziri: `Soros milyonlarla avropalının həyatını məhv etdi`

Macarıstanın baş naziri Viktor Orban, məşhur amerikalı maliyyəçi, sərmayəçi və milyarder Corc Sorosun ölkəsini hədəfə aldığını, bazarlardakı spekulyasiyalarıyla milyonlarla avropalının həyatını məhv etdiyini, ancaq bütün bunlara baxmayaraq, Avropa İttifaqı (Aİ) tərəfindən yüksək səviyyədə isti qarşılandığını deyib.
 
Orban Avropa İttifaqının Sorosun maliyyələşdirdiyi Mərkəzi Avropa Universitetinin bağlanmasına imkan verəcək tənzimləmə səbəbilə Macarıstan haqqında qanuni əməliyyat başlatmasından sonra, Avropa Parlamentində (AP) çıxış edib: "Bura ölkəmi müdafiə etməyə gəlmişəm", - deyən Orban, Macarıstan hökumətinin Soros universitetini bağlayan bir qanun qəbul etməsi iddialarının həqiqəti əks etdirmədiyini söyləyib.
 
Tənzimləmənin 28 xarici universiteti əhatə etdiyini deyən Orban, qanunda yalnız kiçik dəyişiklər edildiyini, hüquqi boşluqları bağladığını, şəffaflıq gətirdiyini və bu universitetlərin malik olduğu imtiyazlara son verdiyini qeyd edib.
 
Orban məşhur amerikalı maliyyəçinin Macarıstanı hədəfə aldığını, maliyyə spekulyasiyalarıyla milyonlarla avropalının həyatını məhv etdiyini də deyib. O, Avropa Komissiyasının prezidenti Yan Klod Yunkerin Soros ilə görüşməsini isə belə qiymətləndirib: "Soros, Avropa düşmənidir, ancaq buna baxmayaraq, hələ də burada yüksək səviyyədə isti bir şəkildə qarşılanır".
 
Soros və ona bağlı QHT-lərin hər il bir milyon qaçqınının Avropaya gəlməsini istədiyini deyən Orban, bunun dövlətə açıqlanan proqramda qeyd olunduğunu və məşhur amerikalı maliyyəçinin buna dəstək verdiyini söyləyib. (sputnik) /

Google+ WhatsApp ok.ru