Macarıstanda son iki ayda  81 nəfər donaraq ölüb

Macarıstanda son iki ayda 81 nəfər donaraq ölüb

-- ölkədə orta hesabla hər il 200-250 nəfər donaraq ölür

Macarıstanda dekabr və yanvar aylarına 81 nəfər həyatını itirib. 
 
Maide.Az “dunyabulteni”-nə istinadən xəbər verir ki,  Macarıstanda  son 10 ildə  2500 nəfər donaraq ölüb.  Donaraq ölənlərin əksəriyyətinin küçələrdə deyil,  isitmə sistemi  normal olmayan evlərdə donaraq öldüyü bildirilir. 
 
Xəbərdə  evsizlərə yardım üçün  qurulan Menhely vəqfinin direkotru  Zoltan Aknai deyib ki,  Macarıstanda evsizlərin sayı haqqında dəqiq məlumat yoxdur.  “Aparılan son araşdırmaya görə,  hazırda ölkədə  təqribən 10 min evsiz  var. Paytaxt Budapeştdə  bələdiyyə,  vəqflər və
dini qurumlar tərəfindən  34 gecə sığınacağı  fəaliyyət göstərir ki, onlarda 2308 evsizin gecələməsinə imkan var”. 
 
2016-cı ildə aparılmış  tədqiqata görə, Macarların təqribən 9.2 faizi  lazimi şəkildə evlərini  istiliklə təmin edə bilmir. 
 
Macarıstan statistika mərkəzinin məlumatına görə,  ölkədə orta hesabla hər il 200-250 nəfər donaraq ölür. 
 

Google+ WhatsApp ok.ru