Madriddə iğtişaşlar

Madriddə iğtişaşlar

-- 14 nəfər yaralanıb, 6 nəfər saxlanılıb

İspaniyanın paytaxtı Madridin mərkəzində afrikalı mühacirin ölümü ilə bağlı baş verən kütləvi iğtişaşlar zamanı azı 14 nəfər yaralanıb, 6 nəfər saxlanılıb.
 
Efe agentliyinin yaydığı məlumata görə, yaralananların 10-u polis, 4-ü isə şəhər sakinidir. Madrid polis idarəsinin nümayəndəsi saxlanılan şəxslərin hamısının İspaniya vətəndaşı olduğunu bildirib. Onların arasında bir qadın və bir həddi-buluğa çatmayan uşaq da var.
 
Qeyd edək ki, bir müddət öncə Madriddə 35 yaşlı seneqallı mühacir Mame Mbaqe ürək çatışmazlığından vəfat etmişdi. Hadisənin şahidləri və mərhumun tanışları isə onun polisin küçə alverçilərini təqib etməsi nəticəsində öldüyünü deyirlər. Seneqallının İspaniyaya 14 il bundan öncə gəldiyi, lakin bu ölkədə yaşamaq icazəsinin olmadığı bildirilir.
 

Google+ WhatsApp ok.ru