Madridin ən iri məscidinə radikallar hücum edib

Maide.az Lenta.ru-ya istinadən xəbər verir ki, İspaniyanın Madrid şəhərində radikal sağçılar paytaxtının ən iri məscidinə siqnal raketləri atıblar, ərazini qatı tüstü bürüyüb.
 
Yerli medianın yazdığına görə, radikallar məscidin üzərinə "Bu gün Brüssel, sabah Madrid" yazılmış lövhə də asıblar. 
 
Hadisəyə görə məsuliyyəti "Hogar Social Madrid" qruplaşması üzərinə götürüb. Qrup sosial şəbəkədə #TerroristasWelcome ("terrorçular, xoş gəldiniz) haştaqıyla fotolar paylaşaraq, İslam terror dini adlandıraraq sərt şərhlər yazıblar.
 
Madrid meriyası aksiyaya münasibət bildirərək, "Onlar müsəlman cəmiyyətini qanundankənar elan edə bilməzlər. Biz terrorizmlə birgə mübarizə aparırıq. Birgə yaşayış - təhlükəsiz şəhərlər", - deyib. 

Google+ WhatsApp ok.ru