Maduro Trampın mühafizəçilərinin tutulması barədə danışdı

Maduro Trampın mühafizəçilərinin tutulması barədə danışdı

Venesuela Prezidenti Nikolas Maduro ölkənin dəniz sərhədlərini pozaraq dövlət çevrilişinə hazırlaşan dəstənin tutulduğunu və saxlanılanlar arasında ABŞ prezidenti Donald Trampın şəxsi mühafizəçisi adlandırdığı iki Amerika vətəndaşının olduğunu söyləyib.

 
Maide.Az xəbər verir ki, Maduro bu barədə tvitter hesabından açıqlama verib.
 
Qeyd edək ki, Venesuelanın dəniz sərhədlərinin pozulması 3 may tarixində baş verib. Rəsmi Karakasın bildirdiyinə görə, muzdlular hərəkət etmək üçün yüksək sürətli gəmilərdən istifadə edərək La Quaira əyalətindən ölkəyə girməyə çalışıblar. Çevriliş etmək niyyətində olublar.
 
Venesuela Konstitusiya Məclisinin spikeri Diosdado Kabello daha sonra söylədiyi kimi, onlardan 8 nəfəri öldürülüb və daha iki nəfər tutulub. Onun sözlərinə görə, muzdlulardan biri ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin agenti olub.
 
Maduro hazırlığın ABŞ və Kolumbiyanın maliyyəsi və dəstəyi ilə baş tutduğunu. Amma Kolumbiya bunu təkzib edib.
 
"Sputnik Radiosu" bildirir ki, Venesuela lideri dəniz sərhədinin pozulmasında ilkin məqsədin ona sui-qəsd həyata keçirmək olduğunu deyib.
 

Google+ WhatsApp ok.ru