Magistraturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün 2 849 bakalavr proqram seçimi edib

Magistraturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün 2 849 bakalavr proqram seçimi edib

Magistratura və rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyat davam edir.
 
Dövlət İmtahan Mərkəzindən APA-ya verilən xəbər görə, magistraturaya qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün bakalavrlar tələb olunan məbləği şəxsi kabinetlərinin hesabına əlavə edib mayın 22-dək öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər.
 
Bu gün saat 11:00-dək 2 849 bakalavr proqram seçimi edib ki, onlardan da 2 580-i Azərbaycan, 269-u isə Rus bölməsinin məzunlarıdır.
 
Rezidenturaya qəbul olmaq istəyən namizədlər də ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün tələb olunan məbləği şəxsi kabinetlərinin hesabına əlavə edib mayın 22-dək qeydiyyatdan keçməlidirlər. Bu gün saat 11:00-dək imtahanının II mərhələsində iştirak etmək üçün 184 namizəd (158 nəfəri Azərbaycan, 26 nəfəri Rus bölməsi üzrə) qeydiyyat prosesində iştirak edib.
 
Qeyd olunan müddətdə elektron ərizələrinə daxil olub qeydiyyatdan keçməyənlər imtahanların ikinci mərhələsinə buraxılmayacaq. /

Google+ WhatsApp ok.ru