Magistraturaya sənəd qəbulu başa çatıb 19 Fevral 2021 10:24 Xəbərlər 2021/2022-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu başa çatıb. APA-nın Dövlət İmtahan Mərkəzinə istinadən xəbərinə görə, sənəd qəbulunun vaxtı bu gün saat 10:00-da bitib. Ümumilikdə ərizəsini təsdiq edən bakalavrların sayı 19764 olub, onlardan 18026-sı Azərbaycan, 1738-i rus bölməsindəndir. Qeyd edək ki, DİM fevralın 9-dan 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu elan edib. Xatırladaq ki, magistratura səviyyəsinə qəbul imtahanı fevralın 28-də keçiriləcək. Magistratura səviyyəsinə qəbul imtahanının ikinci şansının isə iyun ayında keçirilməsi nəzərdə tutulur. Teqlər : #Magistraturaya,#sənəd,#qəbulu,#başa,#çatıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Fevralın 21-dən hava yenidən dəyişəcək Nazirlik amputasiya hallarında hansı əlillik dərəcələri təyin olunduğunu açıqlayıb