Mahmud Əhmədinejad prezidentliyə namizədliyini irəli sürüb

Mahmud Əhmədinejad prezidentliyə namizədliyini irəli sürüb

İranın sabiq prezidenti Mahmud Əhmədinejad yenidən prezidentliyə namizədliyini irəli sürüb.
 
APA-nın Tehran bürosunun məlumatına görə, ali rəhbər  ayətullah Xamenei Əhmədinejada namizədliyini irəli sürməməyi məsləhət görsə də, keçmiş prezident bu gün sabiq vitse-prezident Həmid Bəqayi ilə birlikdə namizədlərin qeydiyyatı idarəsinə gedib və namizədliyini irəli sürüb.
 
M. Əhmədinejad jurnalistlərə açıqlamasında bildirib ki, ali liderə verdiyi sözün üstündə dayanır: "Mən cənab Bəqayiyə dəstək olmaq üçün namizədliyimi vermişəm". 
 
APA-nın "namizədliyinizi geri götürəcəksinizmi" sualına keçmiş prezident belə cavab verib: "Hələlik məlum deyil nə baş verəcək. Gözləmək lazımdır".
 
Qeyd edək ki, M. Əhmədinejad daha öncə seçkilərdə H. Bəqayini dəstəkləyəcəyini açıqlamışdı.
 

Google+ WhatsApp ok.ru