Mahmud Abbasdan İsrail rejiminə təhdid: ƏMƏKDAŞLIĞI KƏSƏRİK!

Fələstin avtonomiyasının başçısı Mahmud Abbas sionist İsrail rejimini Fələstinin vergi gəlirlərindən milyonlarla dolları blok etməsinə qarşı reaksiya verib. Maide.az xəbər verir ki, Mahmud Abbas İsraili bu siyasətini davam etdirməsi halında təhlükəsizlik mövzusunda əməkdaşlığı kəsməklə təhdid edib.
 
Bildirilir ki, Mahmud Abbas İsrail rejiminin bu siyasətləriylə əlaqədar olaraq  Avropa liderlərinə mesaj göndərib və həftə ərzində İsrailə qarşı aparılacaq siyasətlə əlaqədar qərar veriləcəyini bildirib.
 
Fəth hərəkatının yüksək çinli bir səlahiyyətlisi  Mahmud Abbasa istinadən bildirib ki, Abbas Amerikadan da İsrailin bloka etdiyi pulları Fələstin rəhbərliyinə verməsi üçün İsrailə təzyiq etməsini istəyib. 
 
Xatırladaq ki, İsrail rejimi bir neçə ay əvvəl Fələstin rəhbərliyinin Beynəlxalq Haaqa məhkəməsinə qatılmasına etiraz olaraq Fələstinin vergi gəlirlərinə əl qoymuş və verməkdən imtina etmişdi.

Google+ WhatsApp ok.ru