Mahmud Abbas istefa verdi

Fələstin muxtariyyətinin rəhbəri Mahmud Abbas Fələstin Azadlıq Təşkilatının sədri vəzifəsindən istefa verib.
 
Təşkilatın rəhbərliyində təmsil olunan Vassal Abu Yussefin dediyinə görə, daha 9 yüksək vəzifəli məmur da istefa qərarı verib.
Bu qərar Fələstin milli şurasının Fələstin Azadlıq Təşkilatınea yeni rəhbər seçməsindən sonra qüvvəyə minəcək. Bu müddət ərzində təşkilata İzraillə danışıqlarda Fələstinin əsas nümayəndəsi olan Saeb Erekat rəhbərlik edəcək.
 
Öz istefasından əvvəl Mahmud Abbas Fələstin Azadlıq Təşkilatının icraiyyə komitəsindən qurumun əsas fiqurlarından biri olan Abed Rabbonu uzaqlaşdırmışdı. Bu addımının səbəbi açıqlanmamışdı. /
 
 

Google+ WhatsApp ok.ru