Mahmud Abbas İordan vadisinin İsrailə əlavə edilməsilə bağlı xəbərdarlıq edib

Mahmud Abbas İordan vadisinin İsrailə əlavə edilməsilə bağlı xəbərdarlıq edib

"Əgər İordan vadisi İsrailə əlavə edilsə bütün anlaşmalar ləğv ediləcək."
 
Bunu muxtariyyətin lideri Mahmud Abbas Ramallahda keçirilən konfrans zamanı deyib.
 
Mahmud Abbas bildirib ki, Ölü dəniz və İordan vadisi işğalçılar tərəfindən İsrailə əlavə edilsə bütün anlaşmalar ləğv ediləcək.
 
Qeyd edək ki, ötən ay The Jerusalem Post" qəzeti yazıb ki, İordan vadisinin İsrailə əlavə edilməsilə bağlı Knessetdə məsələ qaldırılacaq.
 
Bildirək ki, İordan Vadisi İordan çayının qərb sahilindəki (Fələstin) ərazilərinin təqribən 30 faizini təşkil edir. Bu vadidə yaşayanların çoxu fələstinli olmasına baxmayaraq, hərbi baxımdan tam şəkildə İsrailin işğalındadır.
 
İsrail İordan çayının qərbini 1967-ci ildə işğal edib. Bu bölgənin İordan Vadisində tam şəkildə yerləşib və digər bölgələrdə 80-dən çox yəhudi yaşayış massivi inşa edib.
 
ABŞ hökuməti Qüdsü İsrailin paytaxtı, Colanı İsrailin ərazisi kimi tanıdıqdan sonra İordan çayının qərbindəki 80-dən çox yəhudi yaşayış massivinin də qanuni olduğunu bildirib. /SalamNews 

Google+ WhatsApp ok.ru