Mahmud Abbas Rusiyaya səfər edir

Mahmud Abbas Rusiyaya səfər edir

-- M.Abbas Soçidə Putinlə görüşəcək

Fələstin lideri Mahmud Abbas gələn həftə  Rusiyaya işgüzar səfər edəcək.
 
Maide.Az –ın “islam-today”-a istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində fevralın 12-də    Mahmud Abbas  Soçidə Rusiya prezidenti  Viladimir Putinlə  görüşəcək. ABŞ prezidenti Donald Trampın  Qüdsü işğalçı İsrail rejiminin  paytaxtı elan etməsi və bundan sonra yaranmış vəziyyət haqqında müzakirə paracaq.  
 
Məlumatda bildirilir ki,  fevralın  13-də  Fələstin lideri  Rusiya müftilər Şurasının sədri Ravil Qaynutdin ilə görüşəcək və Moskva cümə məscidini ziyarət edəcək. 
 

Google+ WhatsApp ok.ru