Mahmud Abbas Trampın Fələstin planına görə BMT Təhlükəsizlik Şurasına gedir

Mahmud Abbas Trampın Fələstin planına görə BMT Təhlükəsizlik Şurasına gedir

Fələstin Muxtariyyətinin lideri Mahmud Abbas BMT Təhlükəsizlik Şurasına yola düşəcək.
 
Bu barədə Fələstinin BMT-dəki nümayəndəsi Riyad Mansur məlumat verib.
 
Bildirilib ki, Mahmud Abbas Fələstinin rəsmi şikayətini bildirmək üçün iki həftə sonra şəxsən özü Nyu-Yorka BMT TŞ-a gedəcək.
 
Qeyd edək ki, Trampın Fələstin planı başda müxtariyyət olmaqla bütün fələstinli hərəkatları və əksər ərəb dövlətlərini qəzəbləndirib.
 
Trampın Fələstin planına görə Ərəb Dövlətləri Liqası da toplantı keçirəcək. /SalamNews 

Google+ WhatsApp ok.ru