`Maidə` surəsinin təfsiri

`Maidə` surəsinin təfsiri

Bu surə Peyğəmbəri-Əkrəmin (s) vəfatından bir-iki ay qabaq nazil olmuş onun ayələrindən heç biri nəsx edilməmişdir (yəni hökmü dəyişdirilməmiş qüvvədən salınmamışdır).

Bu surənin 114- ayəsində qeyd olunduğu kimi, Həzrət İsanın (ə) öz dostlarına səmavi süfrə nazil olması barədə dua etdiyi üçün «Maidə» («Süfrə») adlandırılmışdırMaidə» içinə yemək qoyulmuş tabağa deyilir).

Bu surə 120 ayədən ibarətdir onun əksər xitabı «ya əyyuhəlləzinə amənu» (“Ey iman gətirənlər”) olub bütün surələrdən daha çox təkrar olunmuşdur. Məsələn, bu xitab «Bəqərə» surəsində 11 dəfə gəldiyi halda, «Maidə» surəsində 16 dəfə gəlmişdir.

Bu surə özündə ümmətdə vilayət rəhbərlik, məsihilərin üçlük əqidəsinin rədd olunması, əhdə vəfalı qalmaq, ədalət əsasında şahidlik etmək, qətlin haram edilməsi, yeyiləcək şeylərin hökmləri, dəstəmaz təyəmmüm, eləcə ictimai ədələt sair məsələləri əhatə edir.

Bu, nazil olan axırıncı surə olduğundan əvvəlində bütün əhd-peymanlara əməl edilməsinə tövsiyə edilir.

Google+ WhatsApp