Maide.az-ın kitabxanasına 2 yeni kitab yüklənib

Maide.az-ın kitabxanasına 2 yeni kitab yüklənib

Maide.az-ın "KİTABXANA"sına 2 ədəd yeni kitab əlavə olunub. Kitablardan biri Seyyid Əli Milaninin "Vilayət ayəsi" kitabıdır. Həzrət Əlinin (ə) vilayət və imamətinin "Maidə 55" ayəsi ilə isbatı barədə bir çox əsərlər yazılmışdır. Seyid Əli əl-Hüseyni əl-Milani də özünəməxsus qələmi olan çox dəyərli alimlərdən biridir. Ümid edirik ki, kitab oxucular tərəfindən maraqla qarşılanacaqdır.
 
Digər kitab "İslamda ədəb qaydaları" adlanır. Kitabın müəllifi bir neçə tədqiqatçıdır. Müəlliflər belə yazırlar: "İslamı digər din və məktəblərdən fərqləndirən xüsusiyyətlərdən biri də onun ictimai din olmasıdır. Burada təkcə ayrı-ayrı fərdlərin deyil, ictimaiyyətin islah olunmasına və onun düz yolu seçib saflaşmasına diqqət yetirilir. Dediklərimizə aydınlıq gətirmək üçün qeyd etməliyik ki, insanların qarşılarına qoyduqları ən başlıca məqsəd onların səadət və xoşbəxtliyə nail olmalarıdır. "

Google+ WhatsApp ok.ru