Maide.az-ın kitabxanasına yeni kitablar yüklənib

Maide.az-ın kitabxanasına yeni kitablar yüklənib

-- Bir-birindən maraqlı islami kitabları kitabxanamızdan yükləyə bilərsiz

Maide.Az-ın kitaxbanasına yeni kitablar yüklənib. Kitablardan biri "MİNACATIN ƏZƏMƏTİ" adlanır. Kitabın Ayətullah Misbah Yəzdidir. Burada da ustad ən gözəl və təsirli üsulla “Şəbaniyyə” minacatını şərh edərək onun əxlaq və mərifət dolu mövzularını açıqlayıb.

Digər kitab "NƏFSİ SAFLAŞDIRMADAN QABAQ ÖZÜNÜTANIMA"dır. Kitabda göstərilir ki, insan, müxtəlif baxımlardan ayrı-ayrı elmlərin mövzusudur. Psixologiya, sosiologiya, tarix, əxlaq, tibb, hətta fiziologiya və biologiya da uyğun elmlərdəndir. Bu elmlərin hər biri müəyyən bir baxımdan insanı öyrənir. İnsan kamilləşən mövcuddur. Bu kitabda da bu barədə danışılır.

Növbəti kitab Ayətullah Meşkinin "NƏSİHƏTLƏR" əsəridir. Göstərilir ki, əgər dünyanın bütün müsəlmanları və Quran ardıcılları dini məsələlər sahəsində düzgün addım atsaydılar, onların ictimai və dini vəziyyətləri indikindən qat-qat yüksək səviyyədə olardı. Elə indinin özündə də bu barədə qəti qərara gəlib fəaliyyət göstərməyə başlasalar, keçmişdə buraxılmış səhvlərin və üz verən zərərlərin müəyyən miqdarını aradan qaldırmış və xoşbəxt gələcəyə, uğurlu səadətə nail olarlar. 

Sonuncu kitab isə ustad İbrahim Əmininin "NƏFSİN SAFLAŞDIRILMASI" adlanır. Ustad qeyd edir ki, nəfsin paklaşdırılması bir tərəfə çəkilib guşənişin həyat tərzi keçirtmək, dünyəvi işləri tərk etmək və ictimai məsuliyyətlərdən boyun qaçırmaq demək deyildir. Əksinə, kitabın müxtəlif yerlərində də bəyan olunacağı kimi, fərdi və ictimai məsuliyyətlərdən imtina edib guşənişinlik və fərdi həyat tərzini seçmək nəfsin saflaşdırılması və təkmilləşdirilməsi ilə zidd bir işdir. 

 

Saytın kitabxanasındakı  digər kitabları buradan əldə edə bilərsiz!!!

Google+ WhatsApp ok.ru