Maide.az-ın kitabxanasına yeni kitablar yüklənib

Maide.az-ın kitabxanasına yeni kitablar yüklənib

Maide.az-ın "KİTABXANA"sına 4 ədəd yeni kitab əlavə olunub. Kitablardan biri gecə namazından bəhs edən "GECƏ NAMAZININ DÜNYA VƏ AXİRƏTDƏ FƏZILƏTLƏR VƏ BƏRƏKƏTİ"dir. Kitabda bildirilir ki, gecə namazı insanın Allaha olan eşq və məhəbbətin nişanəsidir. Bu əlaqə insanı yuxudan ayırır və gecə yarısı öz Məhbubu ilə razı-niyaza məşğul edir. Əgər o eşq olmasa, insan şövq ilə təklikdə və qaranlıqda istirahətdən əl üzüb arifanə xəlvətdə öz Məşuqu ilə danışmağa başlaya bilməz.

Digər kitab "QEYBƏT" adlanır. Qeyd olunur ki, Allah-Təala insanları çox mühüm olan bir hədəf uçun yaratmışdır. Insan o hədəfə dogru yönəlir və vəzifəsini yerinə yetirərsə, Allahın xəlifəsi ola bilər. Hədəfə həqiqətən də yetişmək uçun gediləcək yol yaxşı bilinməli, maneələr və bu yola yetişə bilməmək uçun qurulmuş tələlər aşkarlanmalıdır. Əks təqdirdə maneələrə düşmək və uçurumlardan yuvarlanmaq qaçılmazdır. Və təqdim etdiyimiz kitab bu maneə və uçurumların ən qorxulusunu sizin nəzərinizə yetirməkdədir.

"TÖVHİD" adlı kitabda Allah-Təalanın bizə buyurduğu möhkəm ipdən yapışmaq həlak olmaqdan nicat tapıb yüksək dərəcəyə çatmaq vasitəsi kimi tanıtdırılır.

Təqdim etdiyimiz sonuncu kitab isə "İSLAMDA AİLƏ QURULUŞU" adlanır. Kitabı oxuyarkən evlənmək, evlilik, ər-arvad münasibəti, onların hüquq və vəzifələri barədə elə aydın dəlillərə rast gəlirik ki, İslam dini və onun bəşəri mahiyyəti haqqında təsəvvürlərimiz daha da zənginləşir. Əsər bizə indiyədək əsası olmayan, lakin uzun illər dini ehkam kimi qəbul etdirilən bəzi bidətlərdən, islam dini adına söylənən böhtanlardan yaxa qurtarmaqda yardım edir.

Google+ WhatsApp ok.ru