Maide.az-ın kitabxanasına yeni kitablar yüklənib

Maide.az-ın kitabxanasına yeni kitablar yüklənib

Maide.az-ın "KİTABXANA"sına 2 ədəd yeni kitab əlavə olunub. Kitablardan biri "BİZİMLӘ, BİZDӘN GİZLİ" adlanır. Kitab İmam Mehdi (əc.) ilə tanışlığın Allahı tanımaq üçün ən gözəl vasitə və ən etibarlı yol olmasından bəhs edir. "Allahı istəyən sizdən başlayar, onun birliyinə inanan yalnız sizin sözlərinizi qəbul edər, ona dоğru getmək istəyən sizə üz tutar” . (İmam Hadidən (ə) nəql olunan "Camiə kəbirə" ziyarətnaməsi.)

Digər kitab isə "ŞİƏ CAVAB VERİR"dir. Qeyd olunur ki, istismarçıların müsəlman millətləri arasında istifadə etdikləri köhnə metodlardan biri çoxlu şübhə və müşküllər yaratmaqla əzəmətli İslam dininə zərbə vurmaqdır. Bu onların son əsrlərdə müxtəlif şəkillərdə Orta Asiyada və dünyanın başqa nöqtələrində icra etdikləri qədim üslublardandır.

Google+ WhatsApp ok.ru