Maide.az-ın kitabxanasına yeni kitablar yüklənib

Maide.az-ın kitabxanasına yeni kitablar yüklənib

Maide.az-ın "KİTABXANA"sına 4 ədəd yeni kitab əlavə olunub. Kitablardan biri Məhəmmədrza Kaşifinin "TÖVHİD VƏ İLAHİ ƏDALƏT MÖVZUSUNDA SUALLAR VƏ CAVABLAR" kitabıdır. Kitabda göstərilir ki, insanın qorxmasında iki əsas amil rol oynayır: Biri məlumatsızlıq, digəri isə fiziki və ruhi cəhətdən qüdrətsizlik. İnsan tanımadığı və məlumatlı olmadığı bir çox gerçəklər müqabilində qorxu hissi keçirir. Onun məlumatı artdıqca qorxusu da azalır.
 
Digər kitab İmam Səccadın (ə) həyatından bəhs edən "İMAM SƏCCAD (Ə) HAQQINDA BİLMƏDİKLƏRİNİZ" adlanır. Müəllif qeyd edir ki, İmam Səccad (ə) haqda danışmaq və yazmaq çətindir. Çünki insanların bu böyük imamla tanışlığına şərait çox əlverişsizdir. Əksər tarixçi və təhlilçilər elə bilirlər ki, bu imam bir tərəfdə oturub ibadətlə məşğul olmuş və siyasətə qarışmamışdır. Bəziləri bunu açıqca söyləmişlər, açıq söyləməyənlərin də qənaəti bundan başqa bir şey olmamışdır. Bunu imama verilən ləqəblərdən və deyilən sözlərdən də anlamaq olar.
 
Əlavə etdiyimiz növbəti kitab "HƏR GÜN QURANLA" adlanır. Bildirilir ki, Quran və hədis dinin tanınması üçün iki dəyərli məxəz hesab olunur. Belə ki, – məşhur və mütəvatir “Səqəleyn” hədisinə görə, – bir-biri ilə sıx və ayrılmaz əlaqədədirlər. Məlumdur ki, parlaq dini maarifin yayılması Quranın vəhyə dayanan təlimləri olmadan və rəvayətlərdə mövcud olan dərin maarifi anlamadan mümkün deyil.
 
Sonuncu əlavə etdiyimiz kitab Ayətullah Seyid Əli Xameneinin çıxışlarından seçmələr adlanır. "DUA" adlanan bu kitab yazılır: Dua - insanın Allahla rabitəsi və ona arxalanmasıdır. İnsan qüdrətin, qələbənin zirvəsində olduqda da duaya möhtacdır, Allahla danışmalı və Allahdan istəməlidir. Quran bizim Peyğəmbərimizə (s) belə əmr edir: “Allahın yardımı və qələbə çatdıqda”, yəni Allahın köməyi çatdıqda və qələbə nəsib olduqda, “və insanların dəstə-dəstə Allahın dininə daxil olduğunu gördükdə”, yəni xalqın dəstə-dəstə, qrup-qrup İslama daxil olduğunu gördükdə “Rəbbini həmdlə təqdis et və ondan bağışlanmaq istə!”

Google+ WhatsApp ok.ru