Maide.az-ın kitabxanasına yeni kitablar yüklənib

Maide.az-ın kitabxanasına yeni kitablar yüklənib

Maide.az-ın "KİTABXANA"sına 3 ədəd yeni kitab əlavə olunub. Kitablardan biri Şeyx Abbas Qumi "İMAM ƏLİNİN FƏZİLƏTLƏRİ" kitabıdır. Kitab bir neçə fəsilə malikdir. Hər bir fəsildə Həzrət Əmirəl-möminin Əlinin (ə) fəzilətlərindən biri haqqında söhbət olunur.

Digər kitab "LUHUF" adlanır. Müəllif Seyyid İbn Tavusun bu kitabda İMAM HÜSEYN (Ə)-IN HƏYATIndan bəhs edib. Kitab ərəbcədən fars dilinə və farscadan Azərbaycan dilinə tərcümə və şərh edilib. Demək olar ki, «Luhuf» kitabı qeyd etdiyim mövzu haqqında yazılmış ən ətraflı, ən mötəbər, eyni zamanda kiçik həcmli bir kitabdır. Bu kitab kiçik həcmli olmasıyla yanaşı yüksək və diqqəti özünə cəlbedən qiymətli faktları əhatə edir. 

Əlavə etdiyimiz sonuncu kitab Əhməd Didatın "BİBLİYA MƏHƏMMƏD PEYĞƏMBƏR (S) HAQQINDA NƏ DEYİR" kitabıdır. Kitabın mövzusu çoxlarını təəcübləndirəcək. Çünki mühazirəçi müsəlmandır. Necə olub ki, məhz müsəlman yəhudi və xristianların Müqəddəs Kitabındakı peyğəmbərlik fikirlərinin şərhçisi olub.

Google+ WhatsApp ok.ru