Maide.az-ın kitabxanasına yeni kitablar yüklənib

Maide.az-ın kitabxanasına yeni kitablar yüklənib

Maide.az-ın "KİTABXANA"sına 2 ədəd yeni kitab əlavə olunub. Kitablardan biri Ustad Misbah Yəzdinin "TÖVHİD, İSLAM İDEOLOJİ VƏ DƏYƏRLƏNDİRMƏ SİSTEMİNDƏ" kitabıdır. Kitab bəşər maarifi və mədəniyyətinin tərəqqi və təkamülü yolunda lazım olan bütün xüsusiyyətlərə malik olmaqla insan fikrini danışmaqda, onu başqalarına çatdırmaqda və mədəniyyətin yüksəlişində mühüm rol oynayır. Şübhəsiz ki, islam təfəkkürü və mədəniyyəti zəngin qaynaqlara və real dünyagörüşünə görə, insan təfəkkürü və düşüncəsinin ən üstün və mütərəqqi düşüncələrindəndir.
 
Digər kitab Əbdullah Muhəmmədin "VƏHHABİLƏRİ BELƏ GÖRDÜM" adlı kitabdır. Bu kitab səfərnamə surətinə yazıldığından, oxucu üçün maraqlı və cazibədardır və mütaliəsi yorğunluq gətirməyəcəkdir. Əlbəttə, qeyd etmək lazımdır ki, müşahidələrin bəyanına aid olan bölmədə bu cəhət daha güclüdür. Vəhhabilərin batil əqidələri və dəlillərindən bəhs edən bölmə ikitərəfli dialoq şəklində olduğuna görə yorucu olmayıb xas bir şirinliyə malikdir. 

Google+ WhatsApp ok.ru