Maide.az-ın kitabxanasına yeni kitablar yüklənib

Maide.az-ın kitabxanasına yeni kitablar yüklənib

Maide.Az-ın kitaxbanasına yeni kitablar yüklənib. Kitablardan biri "KAMİL İNSAN" adlanır. Kitabın mövzusu islam baxımından kamil insan barəsindədir. Kamil insandan məqsəd nümunəvi, daha ali və uca insandır. İnsan da digər yaranmışlar kimi, kamil və qeyri-kamil, eybli, nöqsanlı və ya sağlam olur. Sağlam insanın özü də iki qismdir: Sağlam kamil insan və sağlam qeyri-kamil insan. Biz müsəlmanlara, islam baxımından kamil və nümunəvi sayılan insanı tanımaq vacibdir.

Digər gitab "KAŞ VALİDEYNLƏRİM BİLƏYDİ!"dir. Kitabda göstərilir ki, insanın şəxsiyyəti onun uşaqlıq dövrü yaşamalarının təsiri altındadır, demək, şəxsiyyət həmin dövrdən başlayaraq nəzarətə alınmalıdır. Əksər mütəxəssislər bu məsələni qəbul etsələr də, valideynlərə kömək üçün çox az çalışırlar. Son onilliklər ərzində gigiyena və sanitariya sahələrində böyük tərəqqi müşahidə edilmişdir. Hamilə qadınların sağlamlığına nəzarət cəmiyyətdə adi hal almışdır. Uşaqlara düzgün nəzarət, müxtəlif xəstəliklərə qarşı aparılan peyvəndlər, dövri şəkildə təşkil olunan müayinələr günün zərurətlərinə çevrilmişdir. Artıq hamıya aydındır ki, uşaq yaşlarında xəstəliyin qarşısını almaq və onu tam müalicə etmək daha asan olur. 

"ALİMLƏRİN KƏRAMƏTLƏRİ HAQQINDA MARAQLI ƏHVALATLAR" kitabı adından da göründüyü kimi tanınmış İslam alimlərinin həyatındakı maraqlı məqamlardan bəhs edilir.

Kitabxanaya əlavə oluan sonun kitab isə məşhur "KUMEYL DUASININ ŞƏRHİ"dir. Kitabda duanın insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə əlaqə vasitəsi sayıldığı göstərilir. Böyük ariflər duanı möminin əməldə tövhidə olan bağlılığı kimi tanıtmışlar. Ona görə də peyğəmbərlər və Əhli-beyt (ə) duaya çox əhəmiyyət vermişlər.

Google+ WhatsApp ok.ru