Maide.az-ın kitabxanasına yeni kitablar yüklənib

Maide.az-ın kitabxanasına yeni kitablar yüklənib

-- Bir-birindən maraqlı islami kitabları kitabxanamızdan yükləyə bilərsiz

Maide.Az-ın kitaxbanasına yeni kitablar yüklənib. Kitablardan biri "ÖVSAFÜL-ƏŞRAF" adlanır. Uzun illər boyu “Övsafül-Əşraf” kitabı görkəmli alimlər tərəfindən tədqiq edilmiş və yeri gəldikcə bir çox dünya dillərinə tərcümə olunmuşdur. Günümüzə qədər gəlib çatmış əlyazma nümunələri, həmin nüsxələrdə olan fərqlər qeyd olunan işləri dərinləşdirmiş və bu tədqiqatların nəticəsi olaraq, kitabın əsas hissələri demək olar ki, dəqiqləşmişdir.
 
Digər kitab "RƏBBİN DƏRGAHINDA"dır. Bu məcmuə üç hissədən ibarətdir. Birinci hissə dua barəsində ümumi mövzulara aiddir. Bu hissə ustadın dua barəsindəki söhbətlərindən tərtib edilmişdir.

İkinci və üçüncü hissə hörmətli alimin hicri qəməri 1398-ci il ramazan ayında Qum şəhərinin məhdiyyəsində keçirdiyi 15 söhbət məclisindən ibarətdir.

Növbəti kitab "SADİQ YOL AXTARANLAR ÜÇÜN İMAM SADİQİN (Ə) NƏSİHƏTLƏRİ" əsəridir. Kitabda təkamül yolunda insanın agah və sadiq mürəbbi və rəhbərə malik olması zəruri və əsas şərtlərdən olduğu görünür. Yalnız özü doğru yolu tapmış insan başqalarına yol göstərəbilər. Bundan əlavə, rəhbər əlindən tutduğu adamıhəqiqi kamilliyə apararkən yalnız onun xeyrini düşünüb, sədaqətli və canıyanan olmalıdır. 
 
Sonuncu kitab isə "ŞƏHADƏT YATAĞINDA MÖVLANIN (Ə) ÖYÜDÜ" adlanır. Bu kitab ayətullah Məhəmməd Təqi Misbah Yəzdinin 1993-cü ildə Ramazan ayında Qumda rəhbərlik məqamının dəftərxanasında Əmirəl-mömininin (ə) şəhadəti münasibəti ilə çıxışı əsasında tərtib olunmuşdur.
 
 
Saytın kitabxanasındakı  digər kitabları buradan əldə edə bilərsiz!!!

Google+ WhatsApp ok.ru