Maşinisti olmayan metro istifadəyə verildi - FOTO 22 Dekabr 2016 02:00 Maraq dünyası Çində yeni pilotsuz metronun istifadəyə verilməsi münasibəti ilə mərasim keçirilib. Honkonq əyalətinin Syanqan şəhərində olan metro qatarında maşinist kabinəsi yoxdur. Bu il dekabrın 28-də yola çıxan qatar avtomatik mexanizmlə idarə olunacaq. Qatarı "CRRC Changchun Railway Vehicles Company Ltd." şirkəti hazırlayıb. Xəttə cəmi 30 vaqondan ibarət 10 qatar çıxacaq. Sürəti saatda 80 kilometrdir. Çində bu, üçüncü maşinisti olmayan qatar xəttidir. İlk avtomat idarəetməsi olan qatar 2008-ci ildə Pekində, ikincisi isə 2010-cu ildə Çjutsyan-Quaçjoy arasında açılıb. Bundan başqa, Şanxay şəhərində də sürücüsüz metro var. (milli.az) / Teqlər : #Maşinisti olmayan metro istifadəyə verildi FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Facebook`da radio da dinləmək mümkün olacaq Hava şarlarından ibarət robot nümayiş olunub - VİDEO